Minlərlə israilli Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsi tələbi ilə kütləvi etiraz aksiyaları keçirib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edir ki, etirazçılar ölkənin baş nazirini oğurlanmış şəxslərin azad edilməsi ilə bağlı saziş imzalanana qədər ABŞ-yə planlaşdırılan səfərindən imtina etməyə çağırırlar.
Ən böyük nümayişin Təl-Əvivin şərqindəki hökumət binaları kompleksi ərazisində keçirildiyi vurğulanır. Onun iştirakçıları HƏMAS hərəkatının irəli sürdüyü şərtlərlə razılaşmağı tələb edirlər.