Rusiyalı jurnalistlərin Parisdə keçiriləcək Olimpiya Oyunlarını işıqlandırması qadağan edilib.
"Unikal" xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen deyib.
Darmanenin sözlərini "leJDD" belə çatdırıb:
"Biz Rusiyadan olan jurnalustlərin çoxunun Olimpiya Oyunlarını işıqlandırmasını qadağan etmişik. Amma Beynəlxalq Olimpiya Komitəsində işləyən rusiyalılar istisnadır".
Xatırladaq ki, Paris-2024 26 iyul - 11 avqust aralığında baş tutacaq.