Qərb mətbuatında xəbər başlıqlarının seçimi çox selektiv və qərəzlidir. Son illər bu problemlə bağlı danışıqlar gedir, sərlövhələr təhrif olunur.
"Unikal" xəbər verir ki, bu sözləri Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Media tədqiqatları şöbəsinin müdiri Mohamed Er-Raji 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər" adlı panel müzakirədə deyib.
“Biz xəbər agentliyi olaraq dəqiqliyə, sürətə və obyektivliyə çox önəm verməliyik. Hansısa yanlış xəbər bizim etimadımıza zərər verməli deyil. Dezinformasiya təkcə hansısa özəl qurumlar tərəfindən yox, həmçinin dövlət tərəfindən də yayılır. Biz bu problemə qarşı birləşərək daha səmərəli mübarizə aparmalıyıq”, - deyə Mohamed Er-Raji vurğulayıb.