Alman jurnalist və Rusiya prezidenti Vladimir Putinin bioqrafı Hubert Zaypel Rusiyadan qonorar aldığı iddiası ilə "Netzwerk Recherche" Jurnalistlər İttifaqından qovulub.
"Unikal" xəbər verir ki, bu barədə alman mediası yazıb.
İttifaqın sədri Daniel Drepperin sözlərinə görə, Zaypel öz davranışı ilə müstəqil jurnalistikanın fundamental qaydalarını pozub və peşə etibarına böyük ziyan vurub”.
Jurnalistlər Birliyinin məlumatına görə, Zaypel 2023-cü ilin noyabrında rusiyalı iş adamı Aleksey Mordaşovdan 600 min avro aldığına görə qurumdan xaric edilib.