"Nestle" çoxmilyardlıq fırıldaqçılıqda ittiham edilib.
"Unikal" xəbər verir ki, Fransanın müstəqil araşdırma platforması "Mediapart" "Nestle"nin çirklənmiş suyu “təbii mineral su” kimi satdığını iddia edib.
Nəşr bildirir ki, şirkət suyu qadağan olunmuş üsullarla süzür və sonra onu emal edir.
"Son 15 ildə fırıldaqçılıq 3 milyard avro təşkil edib. "Foodwatch" istehlakçı təşkilatı Fransa hakimiyyətini günahkarları məsuliyyətə cəlb etməyə çağırır", - KİV yazıb.