İspaniyada turistlərə qarşı reaksiyalar artır.
"Unikal" xəbər verir ki, anti-turizm fəalları bu il Barselonada və Palma de Mallorca, Malaga və Kanar adaları kimi məşhur tətil yerlərində bir sıra etiraz aksiyaları təşkil etməyə davam edir.
Etirazçılar bildirir ki, ziyarətçilərə görə mənzil xərcləri artırılır və yerli sakinlər mərkəzi şəhərlərdə yaşaya bilmirlər. Mayorkada 10 min insanın iştirak etdiyi etiraz aksiyası keçirilib. Bəzi turistlər də etirazlara dəstək verib.
Dinc şəkildə baş tutan etirazlara İspaniya hökuməti açıqlama verməyib.
İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, Balear adaları keçən il Kataloniyadan sonra İspaniyanın turistlər üçün ən populyar ikinci bölgəsi olub və 14,4 milyon turisti cəlb edib.Bu ilin birinci rübündə İspaniyaya 16,1 milyon insan səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Keçən il ziyarətçilər İspaniyada 109 milyard avro xərcləyib.
Gülayə Mecid