Çinin Sıçuan əyalətində güclü yağışlar selə səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daşqın nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər yaralanıb, 29 nəfərin isə itkin düşdüyü bildirilib.

Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı və həyati təhlükələrinin olmadığı öyrənilərkən, sel bölgəsində yaşayan 412 nəfər təxliyə edilib. 

Həmçinin, itkin düşənlərin tapılması üçün əraziyə pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və detektorlarla cəlb edilərək xilasetmə əməliyyatına başlanıldığı qeyd edilib.

Zərifə Nağıyeva