"45 yaşında təfəkkürün olmaması erkən demensiyanın əlaməti ola bilər. Demans 45-60 yaş arasında özünü göstərə bilər. Onun ilkin təzahürlərinə qısamüddətli yaddaş pozğunluğu, diqqətsizlik, fəaliyyətləri planlaşdırmaqda çətinlik və performansın azalması daxildir".
"Unikal" xəbər verir ki, bunu rusiyallı psixiatr, tibb elmləri namizədi Ruslan Vorobyov yerli mətbuata açıqlamasında deyib.
"Gələcəkdə yaddaşın pisləşməsi inkişaf edir, yeni məlumatları anlamaq, təlimatları mənimsəmək qabiliyyəti azalır və praktiki bacarıqlar pozulur. Yaddaş pozğunluqları, əsasən qısamüddətli, xəstəliyin başlanğıcında ağır xarakter daşımasa da, daha da irəliləməsi yaxın adamların adlarının, əşyaların adlarının, sözlərin unudulmasına gətirib çıxarır”, - deyə mütəxəssis bildirib.
Onun sözlərinı görə, xəstəliyin inkişaf sürəti xəstəliyin ilk əlamətlərinin inkişafından illər ərzində dəyişə bilər.
"Demansın ən çox görülən səbəbi Alzheimer xəstəliyidir. Bu, amiloid zülalının metabolizmasının pozulması və bu zülalın beyin toxumasında çöküntülərinin (amiloid lövhələri) əmələ gəlməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Bu, neyronların ölümünə - neyrodegenerasiyaya səbəb olan proseslərin kaskadını işə salır, bunun nəticəsində beyin toxuması daha az funksional olur və psixi funksiyalar əziyyət çəkməyə başlayır”, - deyə psixiatr bildirib.