Koronavirusa yoluxmuş ABŞ prezidenti Co Bayden sağalır.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris bildirib.
"Prezidentimiz Co Bayden özünü daha yaxşı hiss edir, koronavirusdan sağalır və işə qayıtmağı səbirsizliklə gözləyir", - Harris Ağ Evdə keçirilən tədbirdə deyib.
Qeyd edək ki, Bayden prezidentlik yarışı uğrunda mübarizədə əlavə iştirakdan imtina etdiyini elan etdikdən sonra Kamala Harris ilk dəfə ictimaiyyət qarşısına çıxıb.