Belarusda Almaniya vətəndaşı Riko Kriger edam cəzasına məhkum edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmə qərarından apellyasiya şikayəti verməyib.
Kriger terror aktı törətməkdə, Belarusun təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyan xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda, gizli fəaliyyətdə, muzdluluqda, ekstremist birləşmədə iştirakda, partlayıcı qurğuları və partlayıcı maddələri qanunsuz saxlama və daşımada, həmçinin rabitə yollarının qəsdən zədələnməsində təqsirli bilinib.
Kriger oktyabrın 6-da Minskdən Bakıya uçmaq niyyətində olan zaman saxlanılıb.
Ağarza Elçinoğlu