Fransada Paris Olimpiadasının başlaması ərəfəsində son həftələrdə COVID-19 hallarında artım müşahidə olunur.

"Unikal" xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris deyib.

"Fransada son həftələrdə xəstələrin sayı artıb. Ümumilikdə SARS-CoV-2 aktivliyi artıb, 12% müsbət nəticələr, həmçinin ilkin səhiyyə xidmətində 25% müsbət nəticələr var. Biz baza olaraq 5%-dən azına baxırıq, bu, artım deməkdir", - deyə Harris qeyd edib. 

Onun sözlərinə görə, Fransa səhiyyə sistemi tibb müəssisələrinə artan xəstəlik barədə məlumat vermir. Harris qeyd edib ki, ev sahibi ölkə sağlamlıq risklərinin qiymətləndirilməsi və profilaktik tədbirlərin görülməsinə cavabdehdir, ÜST isə məsləhətçi roluna malikdir.

Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.