"Wildberries" bazarı ilə xarici reklam operatoru olan "Russ Outdoor"u birləşdirmək üçün müqaviləni Federal Şuranın üzvü, dağıstanlı milyarder Süleyman Kərimov təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, "Russ Outdoor"un benefisiarı olan senator Tatyana Bakalçukun uğurlu biznesini bəyənir.
Putinin himayəsi altında birləşdirilən şirkətlərin rəhbəri Rusiya liderinə söz verib ki, yeni vahid struktur Amerikanın Amazon və Çinin Alibaba şirkətləri ilə rəqabət apara biləcək, həmçinin SWIFT beynəlxalq bank ödəniş sistemini əvəz edəcək platforma yarada biləcək.
Birləşdirilmiş şirkətin səhmləri "Russ Outdoor"dan bütün göstəricilərə görə daha böyük olan "Wildberries"in xeyrinə 65-35-ə bölünəcək. "Wildberries" MMC-nin ötən il gəliri 539 milyard rubl, "Russ Outdoor" MMC-nin isə 28 milyard rubl, xalis mənfəəti isə müvafiq olaraq 18,9 və 4,9 milyard rubl olub.
Ağarza Elçinoğlu