Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin son qrup oyunu baş tutub.

"Unikal" xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib.

Yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.