Kaspiyskdə əməliyyat tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxlayıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayılıb.

Ən azı 2 nəfərin saxlanıldığı bildirilir. 

Təxliyə edilmiş sakinlər artıq mənzillərinə buraxılmağa başlayıblar.

*** 22:51

Dağıstanın Kaspiysk şəhərində naməlum şəxslər yaşayış binasında barrikada quraraq, onu partlatmaqla hədələyirlər.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, hazırda həmin şəxslərlə danışıqlar aparıldığı bildirilir.