Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.

"Unikal" xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 28 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.