Avropanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində UNEC-in 18 tələbəsi təhsillərini aparıcı universitetlərdə davam etdirmək şansı qazanıb.
"Unikal" xəbər verir ki, UNEC ilə Fransanın Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramı çərçivəsində 11 tələbə 3-cü kurs təhsillərini Montpellier Universitetində alacaq. 4-cü kursda isə UNEC-də davam etdirərək, hər iki universitetin diplomunu əldə edəcəklər.
7 tələbə isə mübadilə proqramı ilə payıs semestrində İspaniya, Almaniya, İtaliya, Polşa və Rusiyanın Malaga, Siegen, Sapienza, Kozminski, Sankt-Peterburq universitetlərində təhsil almaq hüququ qazanıb.