Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Paris-2024-də ilk görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində almaniyalı rəqibi Nelvi Raman Tiafakla qarşılaşıb.

Rəqibinə 0:5 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə uduzan Abdullayev Olimpiadada çıxışını başa vurub.