"Azərbaycanla düşmənçiliyə son qoymaq üçün tarixi məqamdan istifadə etmək lazımdır".
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kiprli həmkarı Konstantinos Kombos ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Düşmənçilik səhifəsini bağlamaq və mühüm yol ayrıcında yerləşən bütün regionu iqtisadi inkişaf və firavanlıq üçün daha yaxşı gələcəyə hazırlamaq üçün hazırkı tarixi andan istifadə etməliyik”, - deyə Mirzoyan bildirib.
Qeyd edək ki, Mirzoyan Kiprdə işgüzar səfərdədir.