Daim fərqli yanaşması ilə rəqiblərindən seçilən "Final" çayın ən maraqlı layihələrindən biri də "Çaybulans"dır.
"Unikal" xəbər verir ki, sevilən markanın "Çaybulans" maşını artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərini dolaşır. Sakinləri nəfis Şri-lanka çayına qonaq edir. Paytaxtın müxtəlif ərazilərində gəzən “Çaybulans”ı insanlar maraqla qarşılayırlar.
Hazırda Bakıda fəaliyyət göstərən “Çaybulans” növbəti mərhələdə bölgələrimizə də üz tutacaq. Azərbaycanın dilbər guşələrində yaşayanları da “Final” çayına qonaq edəcəklər.
30 il öncə istehlakçılara təqdim edilən və Azərbaycanın bütün bölgələrində hər zövqə uyğun çay çeşidləri ilə rəğbət qazanan “Final” çay eyni keyfiyyətə sadiq qalaraq bir klassikanı yaşadır.