"Dang Humması" olaraq bilinən yoluxucu xəstəlik dünyada yayılmaqda davam edir. Bu, ağcaqanadlar vasitəsilə yayılan ciddi bir xəstəlik olaraq bilinir.
“Unikal” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən açıqlamaya istinadən bildirir ki, 176 ölkədə 11 milyon şübhəli xəstəliyə yoluxma halı qeydə alınıb. Xəstəlik təhlükəsi qonşu ölkə İranda da yayılmağa başlayıb.
Sözügedən ölkədə xəstəliyə yoluxanların ilkin sayı 14 iyunda 2 nəfər olub. Hazırda İranda xəstəliyə yoluxanların sayıl 12 nəfərə yüksəldiyi bildirilib.
Fidan Nuriyeva