Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist  Zemfira Nəcəfova vəfat edib.

“Unikal” xəbər verir ki, bu barədə teatrın "Facebook" hesabında paylaşım edilib. 

O, 74 yaşında dünyasını dəyişib. Zemfira Nəcəfovanın ölüm səbəbi açıqlanmayıb.

Bildirək ki, Z. Nəcəfova 1950-ci ilin aprelində Bakı şəhərində anadan olub. Azərbaycan klassiklərinin əsərlərində bir çox rollarda yer alıb. O, həmçinin “İzi itməyən cinayətlər”, “Şirin yalan”, “Günəşim ol” teleseriallarında rol alıb. Тeatr sahəsində xidmətlərinə görə aktrisa 1979-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanına, 30 dekabr 2015-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.