Vətən müharibəsi şəhidi Kamal Babayevin anası dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, şəhidin anası Lalə Babayeva İsmayıllı rayonunun Xanagah kəndində xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamal Babayev 2020-ci il noyabrın 5-də Şuşa döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Seymur Əli