Biləsuvar sakini motosikletlə kanala düşüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü motosikletni su kanalına aşırıb. Qəza nəticəsində 1987-ci il təvəllüdlü Məzahim Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov