ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrindən olan həmkarlarına deyib ki, İran və "Hizbullah" qruplaşmasının İsrailə hücumu başlaya bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Blinkenin ABŞ-nin ən yaxın müttəfiqləri ilə koordinasiya etmək və İsrailə qarşı qisaslarını minimuma endirmək üçün İran və "Hizbullah"a son anda diplomatik təzyiq göstərməyə çalışmaq üçün konfrans çağırışı etdiyi deyilir.
Siyasətçinin fikrincə, zərbələrin İsrailə təsirinin məhdudlaşdırılması genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı şansdır.
Bundan əlavə, Blinken G7-nin digər xarici işlər nazirlərinə müraciət edərək maksimum təmkinliyi qorumaq üçün İran, "Hizbullah" və İsrailə diplomatik təzyiq göstərməyə çağırıb.
Gülayə Mecid