Qəbələ şəhər sakini yaşadığı evin qarşısında saxladığı “Mercedes” markalı avtomobilinin gecə saatlarında qaçırılması barədə rayon polis şöbəsinə məlumat verib.

"Unikal" xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən 32 yaşlı Rüfət Mürsəlzadə qaçırdığı avtomobillə birgə Ağdaş rayonu ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.