HƏMAS hərəkatının iqtisadiyyat naziri vəzifəsində çalışmış Abed əl-Zeriei Qəzza zolağında qətlə yetirilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail ordusunun bəyanatında: "Bazar günü kəşfiyyatın göstərişlərinə əsasən, İDF qüvvələri Abed əl-Zerieyi öldürüb”,- deyə qeyd olunub.
Digər tərəfdən, İDF əl-Zeriyeyi Həmas-ın Qəzzaya göndərilən humanitar yardımı mənimsəmək cəhdlərində ittiham edib.
Zərifə Nağıyeva