İcra başçısı Seymur Orucov Ağstafa rayonunun Gürcüstan respublikası ilə həmsərhəd kəndlərindən olan Ağgöl sakinləri ilə növbəti səyyar qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.
Qəbulda giriş nitqi söyləyən RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq aləmdə artan nüfuzundan söz açaraq diqqətə çatdırıb ki, respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun bütün yaşayış məntəqələrində təşkil olunan səyyar qəbullar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdəndir. Vətəndaşlar həmçinin onların məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Vətəndaşların təklif və müraciətləri qabul olunaraq nəzarətə götürülüb, qaldırılmış məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.