Banqladeşin paytaxtı Dəkkədəki Həzrət Şahcəlal Beynəlxalq hava limanının bağlandığı bildirilib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, hava limanının icraçı direktoru Kamrul İslam aeroportun fəaliyyətinin yerli saatla 16:45-də dayandırıldığını deyib.

Qeyd edək ki, bu qərara səbəb Baş nazir Şeyx Hasina istefa etdikdən sonra havalimanına insan axınının olması olub.

Fidan Nuriyeva