İran hakimiyyəti Macarıstan vasitəsilə İsrailə hücum etmək niyyəti barədə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrailin xarici işlər naziri İsrael Katsa istinadən yazır.
Qəzetin yazdığına görə, İranın mesajı Macarıstanın xarici işlər naziri Peter Siyyarto vasitəsilə İsrailə çatdırılıb. O, birbaşa israilli həmkarına zəng edib.
“İran bizə bildirdi ki, İsrailə hücum etmək niyyətindədir. ...Dünya İrandan istənilən aqressiv hərəkətə görə bədəl tələb etməlidir”, - Kats vurğulayıb.
Bundan əvvəl Siyyarto bildirmişdi ki, Yaxın Şərqdəki böhran İsrail və İran arasında müharibəyə çevrilə bilər. Diplomat Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısının alınmasının vacibliyini vurğulayıb.