İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantın istefaya göndərir.
"Unikal" xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, bu, baş nazir və müdafiə naziri arasında potensial girov müqaviləsi ilə bağlı mediaya bir sıra sızıntılardan sonra daha da pisləşən gərginlik fonunda baş verib.
Məklumata görə, Qallantı aradan qaldırmağın bütün mümkün yollarından, ictimai rəy baxımından ən yaxşı addım Gideon Sa'arın Yeni Ümid-Birləşmiş Sağ Partiyasını koalisiyaya gətirmək olardı ki, bu da artıq müzakirə edilmişdi.
Yeni müdafiə nazirinin kim olacağı ilə bağlı hələlik məlumat yoxdur.
Gülayə Mecid