Türkiyədə xaricdən sifarişlərə görə ödənilən rüsumlar kəskin artırılıb.
"Unikal" xəbər verir ki, yeni qaydalara əsasən, xaricdən sifariş limiti 30 avroya endirilib.
30 avrodan yuxarı əşya və 1500 avrodan yuxarı dərman məhsullarının sifarişlərinə də rüsum tətbiq ediləcək.
Beləki, bu sifarişlər Avropa ölkələrindən edilərsə, sifariş edilən məhsulun 30 faizi dəyərində, digər ölkələrdən edilərsə məhsulun 60 faizi dəyərində rüsum ödəmək lazım olacaq.
Qərar 20 avqustdan qüvvəyə minəcək.