Rusiya-Ukrayna arasında 2022-ci ilin fevralın 24-də başlayan müharibə hələ də davam edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, döyüşlərin getdiyi bir zamanda rusiyalı pilotun görüntüləri diqqət çəkib.
Belə ki, Ukrayna tərəfindən qırıcısı vurulan pilot son anda xilas olmağı bacarıb. O, paraşütlə yerə enərkən təyyarəsinin düşdüyünü lentə alıb.
Videonun nə vaxt və harada çəkildiyi bəlli deyil, lakin pilotun sağ qaldığı və yeni missiyalara hazırlaşdığı iddia edilir.