Rusiyada "meşə manyakı" kimi tanınan Aleksey Koroçkin törətmədiyi cinayətlərə görə 20 il koloniyada həbs həyatı yaşayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Koroçkinin günahsız olduğunu sübut edən dəlillər illər sonra məhkəmə tərəfindən araşdırılıb. Məlum olub ki, kişi heç bir cinayət törətməyib.
Koroçkinin sözlərinə görə, o, qətl və zorlamada ittiham olunduğu adamlardan heç birini tanımır. O, kiminsə öldürüldüyünü ancaq saxlanılandan sonra öyrənib.
“Həyatımdan 20 il getdi. Məni saxlayanda ancaq dedilər ki, filankəs öldürmüşəm, filankəsi zorlamışam, hətta meşədə... Və öldürdüyüm qızları orada dəfn etmişəm", - o, qeyd edib.
Aleksey Koroçk bildirib ki, hökm iki qızın ifadəsinə əsaslanıb, onlardan biri sonradan yoxa çıxıb.
Məlum olub ki, müstəntiqlər silahın bütün qurbanları öldürmək üçün istifadə edildiyini aşkar ediblər. Silahın sahibinin təxminən bir il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişən keçmiş polis əməkdaşı olduğu üzə çıxıb. Bununla bağlı istintaq bərpa edilib.
Gülayə Mecid