Yunan-Roma güləşçimiz Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında daha bir qələbə qazanıb.

"Unikal" xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.

İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.

***14:27

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşündə Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla qarşılaşıb.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn S.Süleymanov 1/4 finala vəsiqə qazanıb.