Türkiyənin “Fənərbağça” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıb.
"Unikal" xəbər verir ki, İstanbul nəhəngi səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Türkiyədə olacaq.
Joze Mourinyonun komandası III raundda “Lill”i (Fransa) mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.