"İndi başqa bir tarix yazmağın vaxtıdır".
"Unikal" xəbər verir ki, bunu qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik öz instaqram hesabında yazıb.
"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm",- paylaşımda bildirilib.
Qeyd edək ki, M.Stadnik "Paris-2024"ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.