"Yəhya əs-Sinvarın Fələstin HƏMAS siyasi bürosunun yeni rəhbəri seçilməsi fələstinlilərin İsraili gələcəyə ümiddən məhrum edən bir yol seçməsi deməkdir".
"Unikal" xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.
“Yəhya əs-Sinvarın dünən təyin edilməsi fələstinlilərin və HƏMAS-ın seçdiyi yolu göstərdi. Bu seçki o deməkdir ki, sionist rejimin (İsrail nəzərdə tutur, - red.) gələcəyə heç bir ümidi olmamalıdır”, - deyə Musəvi ifadə edib. İranın ali baş komandanı Sinvarı Fələstinin ən böyük azadlıq döyüşçülərindən biri adlandırıb.