ABŞ prezidentinin oğlu Hunter Bayden, Co Bayden vitse-prezident olduğu dövrdə ABŞ hökumətinə təsir göstərmək üçün rumıniyalı iş adamından milyonlarla dollar alıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Hunter Bayden hüquqşünas, məsləhətçi və lobbiçi kimi xarici firma və ştatlardan xeyli gəlir əldə edib. O, rumıniyalı iş adamı Qabriel Popoviçin yanında çalışıb və ondan milyonlarla dollar borc alıb.
Daha əvvəl məlum olmuşdu ki, Hunter Baydenə qanunsuz silah saxlama işi üzrə noyabrın 13-də, yəni ABŞ-də prezident seçkiləri keçirildikdən 8 gün sonra hökm oxunacaq.
Gülayə Mecid