Gəncə şəhər Şəhidlər xiyabanında 2022-ci ilin mart ayında Laçın rayonunda itkin düşərək həlak olan hərbçi Abdullayev Firdovsi Mais oğlunun dəfn mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Özkan Büktel, GDU-nun rektoru, professor Yusif Yusibov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, SHXÇDX Nizami və Kəpəz şöbələrinin rəhbərləri, Gəncə Şəhər və Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən şəhidin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu və 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu 03 mart 2022-ci il il tarixində Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların nəşinin qalıqları 03 iyul 2024-cü il tarixində Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. Hər iki hərbçinin donaraq vəfat etdiyi məlum olub.