Dünyaşöhrətli basketbolçu Lebron Ceyms “Boston Seltiks” klubunun ortaq sahibi ola bilər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı oyunçunun əməkdaşlıq etdiyi “Fenway Sports Group” şirkəti satışa çıxarılan Boston təmsilçisini almaq istəyir. Lakin satış iki mərhələdən ibarət olacağı üçün səhmlərin 49 faizi 2028-ci ilə qədər saxlanılacaq.
Lebron Ceyms karyerasını bitirəcəyi təqdirdə danışıqlar prosesində iştirak edə bilər.
Qeyd edək ki, L. Ceyms hazırda “Los-Anceles Leykers”də çıxış edir.