Xorvatiyada Məhəmməd Çolak adlı Türkiyə vətəndaşı naməlum qruplaşma tərəfindən girov pul tələbi ilə qaçırılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin Koordinasiya və Dəstək Mərkəzi hadisə ilə bağlı məlumatdan sonra aidiyyəti qurumlarla əlaqə saxladığını açıqlayıb.
Qeyd edək ki, "Məhəmməd Çolak adlı vətəndaşımızın Xorvatiyada naməlum qrup tərəfindən girov pul müqabilində qaçırıldığı barədə nazirliyimizə dünən səhər saatlarında daxil olmuş məlumat əsasında dərhal Xorvatiya, eləcə də Bosniya və Herseqovina səlahiyyətliləri ilə əlaqə saxlanılıb. Məsələ yaxından izlənilir və vətəndaşımızın ailəsi ilə əlaqə saxlanılır. Baş verənlər barədə vətəndaşımızın ailəsi mütəmadi olaraq məlumatlandırılır" deyə XİN bildirib.
Fidan Nuriyeva