Yerli vaxtla saat 02:02-də Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.

"Unikal" xəbər verir ki, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.

Qeyd edək ki, dağıntı və ya tələfat barədə məlumat verilmir.