Çinin şərqindəki Tszyansu əyalətinin Çançjou şəhərində parkda pavilyonu ildırım vurması nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Şəhər rəhbərliyi hadisənin nəticələrinin aradan qaldırılması üçün operativ iş təşkil edib.

Qeyd edək ki, həkimlərin sözlərinə görə, xəsarət alanların vəziyyəti stabildir.