Ukrayna Təhlükəsizlik Xidməti energetika nazirinin müavininin təşkil etdiyi irimiqyaslı korrupsiya sxemini üzə çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aleksandr Xeylo yarım milyon dollar rüşvətlə bağlı həbs edilib.
İstintaqın məlumatına görə, məmur bu məbləğin müqabilində öz səlahiyyətlərindən istifadə edərək Lvov-Volın kömür hövzəsinin dövlət müəssisələrinin rəhbərlərinə Donetskin cəbhə bölgəsinin şaxtalarından mədən texnikasından sərbəst istifadə edəcəklərini vəd edib.
Ağarza Elçinoğlu