ABŞ Hərbi Dəniz Qüvvələri “George” nüvə sualtı qayığını Yaxın Şərqə göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin göstəriş verib.
O, həmçinin “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin təhvil verilməsinin sürətləndirilməsini tələb edib.
Məlumata görə, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı keçirərək, ABŞ-nin İsrailin müdafiəsi üçün bütün tədbirləri görməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ-nin hərbi mövcudluğunun gücləndiyini bəyan edib.
Ostin xüsusilə qeyd edib ki, Amerikanın təyyarədaşıyan gəmisi "Teodor Ruzvelt" artıq regiondadır.
Ağarza Elçinoğlu