"Lufthansa" və "Swiss Air" hava yolları şirkətləri İsrail və Livana uçuşları ləğv edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən şirkətlər avqustun 21-dək İsrail və Livana uçuşu dayandırıblar.
İsrailə uçuşu daha əvvəl dayandırmış Almaniyanın "Lufthansa" şirkətindən bildirilib ki, Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb.
Həmçinin, "Swiss International Air Lines" da bildirib ki, həmin tarixə qədər İran, İraq və İsrail üzərində hava məkanından istifadə etməyəcək.