Türkiyənin Eskişehir şəhərində oynadığı döyüş oyunlarından təsirlənən 18 yaşlı gənc bıçaq və balta ilə insanlara hücum edib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Tepebaşı rayonunda tramvay dayanacağı yaxınlığında və parkda baş verib.
Üzündə maska olan şəxs 5 nəfəri yaralayıb. Hadisənin fərqinə varan polis ətrafdakıların köməyi ilə A.K. adlı şəxsi saxlayıb.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən yaralılardan 2 nəfərin həyati təhlükəsinin olduğu öyrənilib.
Fidan Nuriyeva