Cari ilin yanvar-iyul aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 821,2 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən "Unikal"a bildirilib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,8 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,6 faiz gəlir əldə edilib.