Nepal prezidenti Ram Çandra Paudel baş nazir Şarma Olinin istefasını qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Nepal liderinin köməkçisi məlumat yayıb.
Köməkçi qeyd edib ki, Nepal prezidenti yeni baş nazirin təyin edilməsi prosesinə başlayıb.
***13:02
Nepalın Baş naziri Şarma Oli ölkədəki iğtişaşlar fonunda istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı etirazla nəticələnib. Polislə etirazçılar arasında baş verən toqquşmada onlarla insan ölüb.