Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial infrastruktur layihələrin icrası daha geniş vüsət almaqdadır.
"Unikal" xəbər verir ki, bu istiqamətdə son günlərdə görülən işlər çərçivəsində Ağstafa şəhəri, Hüseyn Arif küçəsində yerləşən 33 mənzilli yaşayış binasının həyətinə yeni asfalt örtüyü salınmış, sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi iləərazidə iki ədəd söhbətgah quraşdırılmışdır.
Heydər Əliyev prospektində ikimərtəbəli çoxmənzilli yaşayış binasının ətrafında da abadlıq işləri aparılaraq həyətinə yeni asfalt örtüyü salınmış, həmçinin binanın fasadındatəmir-bərpa işləri görülmüşdür.